Azərbaycanın daha iki boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
Far.Az xəbər saytı

Azərbaycanın daha iki boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib


Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatının 1/4 final mərhələsinə yekun vurulub.

"Far.Az" xəbər verir ki, mərhələnin ikinci günündə Azərbaycan millisinin daha iki üzvü yarımfinala yüksəlib.

Bilalhəbaşi Nəzərov (50 kq) Filip Horvatı (Çexiya) məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). İkiqat Avropa çempionu yarımfinalda David Zaxari (İsrail) ilə döyüşəcək.

Zidan Hünbətov (55 kq) Nikola Maksimoviçdən (Serbiya) güclü olub. O, rəqibinə 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Hünbətov finala gedən yolda Kristofer İppokratla (Fransa) qarşılaşacaq.

Beləliklə, yarımfinala yüksəlməklə özləri üçün azı bürünc medalı təmin edən boksçularımızın sayı 4-ə yüksəlib. Daha öncə Məhəmmədəli Aşırəliyev (60 kq) və Nicat Alırzayev (70 kq) da bu hüquqa yiyələnib.

Qeyd edək ki, yarımfinal döyüşləri bu gün, finallar noyabrın 24-də olacaq.

Oxşar xəbərlər

Azərbaycanın 4 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Azərbaycanın üç boksçusu finala yüksəlib, biri bürünc medala sahib olub
Azərbaycanın dörd boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər