Qurib-Fakim: Qadınlar şəhərlərin inkişafı üzrə qərarların qəbul edilməsində iştirak etməlidirlər
Far.Az xəbər saytı

Qurib-Fakim: Qadınlar şəhərlərin inkişafı üzrə qərarların qəbul edilməsində iştirak etməlidirlər


Şəhər inkişafında qərarların qəbulu proseslərində qadınların tam iştirakını təmin etmək lazımdır.

"Report" xəbər verir ki, bunu WUF13 çərçivəsində qadınların assambleyasında çıxışı zamanı Mavriki Respublikasının ilk qadın prezidenti, biomüxtəliflik sahəsində alim, müəllif, qlobal məsləhətçi, Qəyyumlar Şurasının və NGIC-nin üzvü Əminə Qurib-Fakim bildirib.

"Onların səsləri eşidilməli, unikal təcrübələri isə şəhərlərin planlaşdırılması və inkişafı proseslərinə inteqrasiya edilməlidir", - o vurğulayıb.

Qurib-Fakimin sözlərinə görə, gender bərabərliyinin əsas aspektlərindən biri inklüziv iqtisadi imkanlardır.

"Bu, şəhərlərdə iqtisadi imkanlara bərabər çıxışı, əməyin ödənişində gender fərqinin aradan qaldırılmasını, ədalətli iş şəraitinin təmin edilməsini, inklüziv iş yerlərinin yaradılmasını, qadın sahibkarlığının dəstəklənməsini, təhsilə və bacarıqların inkişafı proqramlarına bərabər çıxışı nəzərdə tutur", - o bildirib.

Qurib-Fakim, həmçinin çevik iş şəraitinin və şəhər inkişafı siyasətinin formalaşdırılması zamanı urbanizasiyanın xüsusiyyətlərinin nəzərə alınmasının vacibliyini qeyd edib.

"Xüsusilə, valideynlər və ilk növbədə, uşaqları təkbaşına himayə edən şəxslər üçün çevik iş qrafikinə ehtiyac nəzərə alınmalıdır", - o deyib.

Mavriki nümayəndəsinin sözlərinə görə, urbanizasiya təkcə şəhərlərin problemi deyil, həm də kənd və şəhər əhalisi arasında mürəkkəb qarşılıqlı əlaqədir:

"Bir çox siyasətçilər və qərar qəbul edən şəxslər siyasət hazırlayarkən hələ də kənd və şəhər təcrübəsinin qarşılıqlı əlaqəsini qəbul etmirlər".

Qurib-Fakim vurğulayıb ki, şəhər yerlərində qadın işçi qüvvəsinin potensialının açılması əhəmiyyətli iqtisadi üstünlüklər əldə etməyə imkan verəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Xalq artisti Əminə Yusifqızı dəfn olunub
Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb
Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər