Bakıda ata siqaret çəkən oğlunu cəzalandırdı: Arvadını da döydü
Far.Az xəbər saytı

Bakıda ata siqaret çəkən oğlunu cəzalandırdı: Arvadını da döydü


Bakıda kişi oğlunu siqaret çəkdiyi üçün cəzalandırıb, eləcə də həyat yoldaşını döyüb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisindəki fərdi yaşayış evlərindən birində baş verib. 1986-cı il təvəllüdlü V.Mustafayev evinə gələrkən yeniyetmə oğlunun küçədə siqaret çəkdiyini görüb. O, oğlunu cəzalandırmaq üçün yanan siqareti oğlunun ağzına basıb və onu döyüb. V.Mustafayevin həyat yoldaşı isə onun bu hərəkətlərinə mane olub və oğlunu döyməsinə imkan verməyib. Bundan qəzəblənən kişi həyat yoldaşını da döyüb.

Hadisə yerinə polis əməkdaşları gediblər və o saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə V.Mustafayevə 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Doğulanda atası 40 qoyun kəsdirdi, anası bəzəndi deyə onu döydü - Reanimasiyada olan Fatih Ürek haqqında BİLİNMƏYƏNLƏR
Dərnəgüldə yanan obyektin malları daşınır
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər