FHN-in əməkdaşları üzgüçülük yarışında yüksək nəticələr qazanıblar
Bakı Su İdmanı Sarayında Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumları arasında üzgüçülük yarışına yekun vurulub.
"Far.Az" xəbər verir ki, yarışda 12 dövlət qurumundan 49 kişi və 15 qadın əməkdaş iştirak edərək əzmkar mübarizə aparıblar. Yarışlar şəxsi, komanda və qarışıq komanda kateqoriyaları üzrə keçirilib.
Yarışda iştirak edən FHN-in üzgüçülük üzrə komandası 13 nəfərdən ibarət olmaqla (9 kişi və 4 qadın) yüksək nəticələr əldə ediblər.
Belə ki, Nazirliyin Bakı Regional Mərkəzinin əməkdaşı leytenant Leyla Əliyeva qadınlar arasında 100 metr məsafədə bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalına layiq görrülüb. Bundan əlavə, Leyla Əliyeva 50 metr məsafədə isə yarışın gümüş medalının sahibi olub. Komanda üzrə 4x50 metr məsafə yarışlarında FHN-in qadınlardan ibarət komandası 2-ci, kişilərdən ibarət komandası isə 3-cü yerin sahibi olub. Qarışıq komanda (qadın və kişi) üzrə 4x50 metr məsafədə isə FHN-in komandası yarışda ikinci yerə çıxaraq gümüş medal qazanıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı
Mehriban Əliyevanın doğum günüdür
STM dövlət orqanlarının kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq keçirib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
-
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
-
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
-
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
-
BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir













