İranlı generaldan xəbərdarlıq: "Növbəti müharibədə məhdudiyyət tanımayacağıq"
Far.Az xəbər saytı

İranlı generaldan xəbərdarlıq: "Növbəti müharibədə məhdudiyyət tanımayacağıq"


İranın İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü, briqada generalı Hüseyn Mohebbi İranın növbəti müharibədə coğrafi məhdudiyyət tanımayacağını bildirib.

BAKU.WS bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

O, ölkənin Ali lideri Müctəba Xameneinin bu mövqeyinə toxunaraq, düşmənə zərər vurmaq və tam çəkindirmə təmin etmək üçün geniş əməliyyat sahəsinin müəyyən edildiyini deyib.

Mohebbi İranın müharibənin bəzi mərhələlərini geridə qoyduğunu və həmin mərhələlərdə qələbələr qazandığını iddia edib. Onun sözlərinə görə, ilk qələbə düşmənin əsas məqsədlərinə çatmasına mane olmaq olub. General bildirib ki, ABŞ İslam Respublikasını devirmək və İranı parçalamaq məqsədilə müharibəyə başlayıb, lakin buna nail ola bilməyib.

SEPAH sözçüsü həmçinin ABŞ-nin Fars körfəzi və Hörmüz boğazı ilə bağlı məqsədlərinə çatmaqda çətinlik çəkdiyini deyib.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər