Azərbaycanda yeni kollektiv saziş - Sənəd əməkhaqqılarına necə təsir edəcək?
Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar Təşkilatlarının Milli Konfederasiyası arasında Baş Kollektiv Saziş bağlanıb.
Sənəd Azərbaycanın bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsaslanaraq 2026-2028-ci illər üçün sosial-iqtisadi və əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edir. Bəs sənədin əhəmiyyəti necə olacaq?
Məsələni iqtisadçı Eldəniz Əmirov Baku TV-yə bələ şərh edib:
"Sözügedən sənəd əmək bazarında dövlətin, işçinin və işəgötürənin arasında bir institusional etimadın formalaşmasıdır. İşəgötürən baxımından, sahibkarlar üçün daha proqnozlaşdırılan bir əmək mühiti yaradır. İşçilər üçün sosial təminatın güclənməsinə xidmət edir".
Sənəddə dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışanların əməkhaqlarının artırılması, xüsusilə əməkhaqları Vahid Tarif Cədvəli üzrə ödənilən işçilərin aylıq tarif maaşlarının artırılması istiqamətində tədbirlərin görülməsinin vacibliyi qeyd edilib.
Hüquqşünas Sahib Məmmədov sözügedən sənədi əhəmiyyətli hesab etsə də, onun işləmə mexanizminin vacibliyi məsələsini vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə ACTRAV arasında Bəyannamə imzalanıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəmil Məmmədli: "Dürüst yaşayan yapon da müsəlmandır"
-
Dünyada hər dörd nəfərdən biri gecəqonduda yaşayır - BMT-dən şok statistika
-
Kulibali: UN-Habitat-ın Azərbaycanla əməkdaşlığı Afrika ilə təcrübə mübadiləsi üçün körpü ola bilər
-
IND: Mənzil böhranını həll etmək üçün hər gün 96 min ev təhvil verilməlidir
-
Mariyana Kuyundziç: Aİ WUF13-dən yaxşı nəticələr gözləyir
-
Adib Benbrahim: Mərakeş mənzilə əlçatanlığı genişləndirmək niyyətindədir













