Gürcüstanın baş naziri: "Bakıda imzalanan sazişlər strateji tərəfdaşlığın daha da güclənməsinə töhfə verəcək"
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanla enerji sahəsində imzalanan sazişlərin əhəmiyyətini vurğulayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Baş nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşün yekununda enerji və nəqliyyat sahələrində mühüm sənədlər imzalanıb. İrakli Kobaxidze bu sazişlərin iki ölkə arasında strateji tərəfdaşlığın daha da güclənməsinə töhfə verəcəyini bildirib.
"WUF13 çərçivəsində Prezident İlham Əliyevlə görüşməkdən məmnun oldum. Görüş zamanı regionumuzun qlobal bağlantılardakı rolunu gücləndirən birgə layihələrə xüsusi diqqət yetirməklə strateji tərəfdaşlığı müzakirə etdik", - o qeyd edib.
Qeyd edək ki, bu gün jurnalistlərə açıqlamasında Gürcüstan baş naziri Bakı-Supsa neft kəmərinin fəaliyyətinin bərpasından danışıb.
"Bu kəmər son üç ildə faktiki olaraq dayandırılmışdı və işləmirdi. Yeni razılaşmaya əsasən, Azərbaycan tərəfi ilə birlikdə onun fəaliyyəti bərpa olunacaq", - baş nazir bildirib.
O, həmçinin qeyd edib ki, Bakı-Supsa kəməri Gürcüstanın mülkiyyətində qalır, lakin Azərbaycanla əməkdaşlıq çərçivəsində yenidən tam işlək vəziyyətə gətiriləcək və bu, ölkəyə hər il onmilyonlarla gəlir qazandıracaq.
Oxşar xəbərlər
Azərbaycanla Ruanda arasında sənədlər mübadilə olunub, prezidentlər mətbuata bəyanatlarla çıxış edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü olub
Əli Əsədov Tbilisidə İrakli Kobaxidze ilə görüşüb
Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Merve Özbey səhnədən yıxıldı - Qolu sındı
-
Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı
-
Emin Hüseynov: "Ağdam yenidən Azərbaycanın aqrar mərkəzlərindən birinə çevrilir"
-
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
-
Bakıda məktəbin qarşısında 18 yaşlı gənc öldürüldü: Saxlanılan var
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliya, Fransa isə Belçika ilə üz-üzə gələcək













