Dövlət orqanlarının azad edilmiş ərazilərdə işləyən əməkdaşlarına mənzil kirayəsinə görə əlavə pul veriləcək
Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan, qeydiyyat ünvanı iş (xidmət) yerindən 50 km-dən artıq uzaqda yerləşən (hərbi qulluqçulara münasibətdə bu şərt nəzərə alınmadan) əməkdaşları üçün mənzil kirayəsinə görə hər ay 100 manat məbləğində vəsait ödəniləcək.
Far.Az report-a istinadən xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan əməkdaşları üçün mənzil kirayəsi xərclərinin ödənilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Qərar imzalayıb.
Qərara əsasən, bu vəsait işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan ailə üzvlərindən yalnız biri üçün ödənilir.
Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan, qeydiyyat ünvanı iş (xidmət) yerindən 50 km-dən artıq uzaqda yerləşən (hərbi qulluqçulara münasibətdə bu şərt nəzərə alınmadan) əməkdaşları ilə birlikdə yaşayan və 3 nəfərdən artıq olmamaqla hər bir ailə üzvü üçün isə 50 manat məbləğində əlavə vəsait ödənilir.
Bu Qərar işğaldan azad edilmiş ərazilərində xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə şamil edilmir.
Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Oxşar xəbərlər
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vera Bukaçi: Gənclər artıq qurur, təşkilatlanır, yeniliklər edirlər
-
Yeni qlobal Bakı Şəhərsalma Mükafatı təsis edilib
-
"SpaceX" "Nasdaq" birjasında olmağı planlaşdırır
-
Samuxda yas mərasimində kütləvi ZƏHƏRLƏNMƏ: 21 nəfər xəstəxanaya yerləşdirildi
-
Günnüt əməliyyatı: Böyük Zəfərə aparan yolun mühüm mərhələsi
-
Bakıda nəqliyyat axınının optimallaşdırılması üçün görüləcək işlər açıqlanıb













