Əfsanəvi “Arşın mal alan” operettası Ankara tamaşaçılarını valeh edəcək
Görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası oktyabrın 19-da Türkiyədə tamaşaçılara təqdim olunacaq.
“Far.Az” “Anadolu”ya istinadən xəbər verir ki, əsər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyevin quruluşu ilə Ankarada Dövlət Opera və Balet Teatrında nümayiş olunacaq.
Librettonun mətninin uyğunlaşdırılmasını Hacettepe Universiteti Konservatoriyasının müəllimi Şenol Talınlı, dekorasiya və kostyumları isə Yusuf Toker hazırlayıb. Orkestrə Rüstəm Rahmedov dirijorluq edəcək.
Qeyd edək ki, “Arşın mal alan” operettası 1913-cü ildə yazılıb. Operettanın librettosunun müəllifi Üzeyir Hacıbəylinin özüdür.
Operetta 80 dilə tərcümə olunub və 76 ölkədə 187 teatrda tamaşaya qoyulub. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında “Arşın mal alan” operattasının 100 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib.
Oxşar xəbərlər
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Bu gün maestro Niyazinin doğum günüdür
Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ
İlham Əliyev Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB
Ankarada bəstəkar Şəfiqə Axundovaya həsr olunmuş qala-konsert keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb
-
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
-
İşimizi şansa buraxmayaq!
-
"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi mükafatlandırılıb
-
Lənkəranda 3 yaşlı uşağa zorakılıq etməkdə təqsirləndirilən atalıq istintaqa təhvil verilib - YENİLƏNİB-2
-
Zelenskinin Ofisi Trampın Moskvaya səfər təklifi ilə bağlı xəbərləri təkzib edib - YENİLƏNİB













