Ankarada bəstəkar Şəfiqə Axundovaya həsr olunmuş qala-konsert keçirilib
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) 25-ci Balet Günləri çərçivəsində Türkiyənin paytaxtı Ankarada Şərqin ilk qadın bəstəkarı Şəfiqə Axundovanın anadan olmasının 100 illiyinə həsr olunmuş qala-konsert keçirilib.
“Far.Az”un Türkiyə bürosunun xəbərinə görə, qala-konsert Ankara Dövlət Opera və Balet Teatrında baş tutub.
Türkiyə Dövlət Opera və Balet Baş İdarəsinin direktoru Tan Sağtürk, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev, Abay Qazax Milli Opera və Balet Teatrının rəhbəri Ainur Kopbassarova, “Astana Ballet” Dövlət Balet Teatrının müdiri Aleksandr Sovostyanov, Qırğız Milli Opera və Balet Teatrının müdir müavini Jamila Tuliaeva, Özbəkistan Əlişir Nəvai Dövlət Akademik Böyük Teatrının müdiri Ramiz Usmanov, Şimali Kipr Dövlət Opera və Balet Koordinasiya Mərkəzinin baş məsləhətçisi və rejissoru Tuğrul Enverin iştirakı ilə keçirilən bədii proqramda adıçəkilən türk xalqlarının opera sənətçilərinin ifaları səslənib.
Qeyd edək ki, qala-konsertdən əvvəl TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirliklərinin nümayəndələri Ankarada TÜRKSOY Yüksək Vəzifəli İşçilərin III Toplantısında iştirak ediblər. Tədbirdə iştirakçılar TÜRKSOY-un fəaliyyəti, türk dünyası mədəniyyətinin və incəsənətinin inkişafına verdiyi töhfələri müzakirə ediblər.
Oxşar xəbərlər
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Azərbaycanla Özbəkistan arasında 12 sənəd imzalanıb - YENİLƏNİB
Azərbaycan-Özbəkistan sənədləri imzalanıb - YENİLƏNİB - FOTO
“Min bir gecə” baleti Pekində nümayiş olunub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb
-
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
-
Lənkəranda 3 yaşlı uşağa zorakılıq etməkdə təqsirləndirilən atalıq istintaqa təhvil verilib - YENİLƏNİB-2
-
"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi mükafatlandırılıb
-
İşimizi şansa buraxmayaq!
-
Zelenskinin Ofisi Trampın Moskvaya səfər təklifi ilə bağlı xəbərləri təkzib edib - YENİLƏNİB













