Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib
Bakıda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının 17-ci Plenar Assambleyası təşkil edilib.
"Report" xəbər verir ki, ölkəmizdə ilk dəfə baş tutan tədbirdə 24 ölkədən 60-a yaxın nümayəndə iştirak edib.
Tədbir zamanı Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın videomüsahibəsi təqdim edilib. O, assambleyanın önəmindən danışıb, iştirakçılara uğurlar arzulayıb.
Daha sonra tədbirdə çıxış edən Azərbaycan Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Florian Zenqstşmid son illər ölkəmizdə qış idman növlərinin inkişafı, lazımi infrastrukturun yaradılması, yerli idmançıların formalaşdırılması, o cümlədən insanların qış idman növlərinə marağının artırılması istiqamətində həm dövlət, həm də federasiya tərəfindən əhəmiyyətli işlərin görüldüyünü və bu sahəyə xüsusi diqqət ayrıldığını bildirib. O, cari ilin mart ayında Azərbaycanda Xizək alpinizmi üzrə beynəlxalq seriya yarışının keçirilməsinin, buz meydançasının açılmasının, həmçinin ilkin mərhələdə bir sıra qış idman növlərinin istifadəyə verilməsinin bu sahənin inkişafının bariz nümunəsi olduğunu qeyd edib.
F.Zenqstşmid 2025 ilin yanvar ayında “Şahdağ” Turizm Mərkəzində keçiriləcək Xizək Alpinizmi üzrə Dünya Kubokunun ən yüksək səviyyədə təşkili ilə bağlı müvafiq işlərin aparıldığını və yamacların yarışın keçirilməsi üçün hazır vəziyyətə gətirildiyini diqqətə çatdırıb.
Görüşdə çıxış edən Beynəlxalq Xizək Alpinizmi Federasiyasının prezidenti Requla Meyer Azərbaycanda xizək idman növlərinə marağın artmasını və beynəlxalq standartlara cavab verən yamacların və infrastruktun yaradılmasını yüksək qiymətləndirib. R.Meyer Beynəlxalq Federasiyanın gələcəkdə də Avropa və Dünya Çempionatları kimi irimiqyaslı yarışların Azərbaycanda keçirilməsinə hazır olduğunu bildirib.
Assambleyada aparılan müzakirələr zamanı Beynəlxalq Xizək Alpinizmi Federasiyası tərəfindən il ərzində həyata keçirilən tədbirlər, qarşıda duran hədəflər və nəzərdə tutulan layihələr haqqında məlumat verilib, yeni üzvlər qəbul edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb













