Məktəblilər DSX-nin hərbi akademiyasını ziyarət edib
Far.Az xəbər saytı

Məktəblilər DSX-nin hərbi akademiyasını ziyarət edib


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) və Dövlət Sərhəd Xidmətinin (DSX) birgə təşkilatçılığı ilə Bakı şəhərində yerləşən müxtəlif ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdlərinin DSX Akademiyasına ekskursiyası təşkil olunub.

Bu barədə "Far.Az"a Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə SHXÇDX-nın və DSX-nın məsul şəxsləri iştirak edib.

Tədbir iştirakçıları Dövlət Sərhəd Xidmətinin Akademiyasında Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə ucaldılan abidələri ziyarət edib, üzərinə gül dəstələri düzərək əziz xatirələrini yad ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edənlər gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda formalaşdırılmasının vacibliyini vurğulayıb, dövlətçilik ənənələrinin qorunması, Vətənə xidmətin şərəfli missiya olması və gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətindən bəhs ediblər.

Həmçinin çıxışlar zamanı Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclərin milli ruhda, dövlətə və xalqa bağlı, yüksək mənəvi keyfiyyətlərə malik vətəndaşlar kimi yetişdirilməsi də vurğulanıb.

Daha sonra Akademiyanın kursantları tərəfindən milli musiqi alətlərinin müşayiəti ilə özfəaliyyət proqramı nümayiş olunub. Kursantların ifasında səsləndirilən vətənpərvərlik ruhlu musiqilər qonaqlar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Tədbir çərçivəsində DSX-dan olan Vətən Müharibəsi Qəhrəmanları Elvin Səfərov və Anar Məmmədov məktəblilərlə görüşərək tarixi Zəfərin qazanılmasında döyüş meydanında Azərbaycan sərhədçilərinin nümayiş etdirdiyi misilsiz qəhrəmanlıq nümunələrindən və keçdikləri şərəfli döyüş yolundan ətraflı bəhs edib, gənclərə dövlətçilik ənənələrinə bağlılıq və milli ruhun qorunmasının əhəmiyyətinə dair tövsiyələr veriblər.

Görüş zamanı şagirdlərə hərbi təhsil sistemi, sərhədçi peşəsinin məsuliyyəti və Akademiyada yaradılmış müasir şərait barədə ətraflı məlumat verilib.

Tədbirin rəsmi hissəsindən sonra məktəblilər Dövlət Sərhəd Xidmətinin Akademiyasında kursantların təlim-tədris prosesi, yaşayış şəraiti və asudə vaxtlarının təşkili ilə yaxından tanış olub, onlarla birgə nahar ediblər.

Məktəblilər DSX-nin hərbi akademiyasını ziyarət edib

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər