Tural Məmmədov: "Azərbaycanda dövlət qurumlarına podratçı şəbəkələri vasitəsilə kiberhücumlar artır"
Far.Az xəbər saytı

Tural Məmmədov: "Azərbaycanda dövlət qurumlarına podratçı şəbəkələri vasitəsilə kiberhücumlar artır"


Azərbaycanda son dövrdə ən geniş yayılmış kiberhücum növlərindən biri podratçı şirkətlərin şəbəkə infrastrukturlarından istifadə edilərək dövlət qurumlarının informasiya sistemlərinə həyata keçirilən hücumlardır.

"Far.Az" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində panel müzakirələrində bildirib.

O qeyd edib ki, məsələ təchizat zənciri ("supply chain") üzərindən reallaşdırılan kiberhücumlara aiddir: "Ölkənin kibertəhlükəsizliyi podratçının təhlükəsizliyi qədər güclüdür. Dövlət qurumlarına qarşı yönəlmiş bir sıra kiberhücumları təhlil edərkən aşkar etmişik ki, bu hücumlar məhz etibar edilən tərəflər vasitəsilə, yəni podratçı və ya xidmət təminatçısı şirkətlərin şəbəkəsinə sızma yolu ilə həmin dövlət strukturlarına istiqamətlənib".

T.Məmmədov yeni təsis olunmuş agentlik [Milli Kibertəhlükəsizlik Agentliyi - red.] tərəfindən özəl sektorda fəaliyyət göstərən şirkətlərə müəyyən tələblərin irəli sürülməsi və onların daxili kibertəhlükəsizlik potensialının gücləndirilməsi istiqamətində təşviq edilməsinə böyük ümidlər bəslədiyini vurğulayıb: "Gördüyünüz kimi, milli təhlükəsizlik yalnız dövlət sistemlərinin müdafiəsi ilə məhdudlaşmır. Dövlətə xidmət göstərən hər bir şirkət ekosistemin təhlükəsizlik subyektidir".

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
CIDC-2025 tədbirinin rəsmiləri kibertəhlükəsizlik sərgisi ilə tanış olublar
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər