CIDC-2025 tədbirinin rəsmiləri kibertəhlükəsizlik sərgisi ilə tanış olublar
Bakı Konqres Mərkəzində keçirilən "Critical Infrastructure Defense Challenge – CIDC-2025" (CIDC-2025) beynəlxalq kiberfestivalının ikinci günü tədbirin rəsmi qonaqları və tədbir iştirakçıları "Kibertəhlükəsizlik" sərgisi ilə tanış olublar.
BAKU.WS xəbər verir ki, dövlət rəsmiləri - Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini general-mayor Allahverən İsmayılov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Həsən Mansurov, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəisi Davud Rüstəmov və digər rəsmilər CIDC-2025-də təqdim olunan kibertəhlükəsizlik həlləri ilə tanış olublar.
Qeyd edək ki, bu il CIDC-2025-in kibertəhlükəsizlik sərgisində 41 yerli və xarici şirkət informasiya təhlükəsizliyi, risklərin idarə olunması və şəbəkə qorunması sahələrində ən son texnologiyaları təqdim edib. Eləcə də, sərgi çərçivəsində ziyarətçilər üçün interaktiv ekranlarda aralıq yarışlar və viktorina sessiyaları da keçirilir.
Qalereya
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki mümkün RƏQİBLƏRİ
-
Bakıda və Abşeron yarımadasında intensiv yağış yağacaq
-
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir - RƏY
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir
-
AEBA rəhbəri Qazaxıstanda nüvə sahəsində əməkdaşlığı müzakirə edəcək
-
Xaçmaz–Xudat–Yalama avtomobil yolunun 60-cı km-də bərpa işlərinə başlanılıb













