Taleh Nəsibov: "Prezidentin dəstəyi idmançılarımız üçün böyük motivasiya mənbəyidir"
Far.Az xəbər saytı

Taleh Nəsibov: "Prezidentin dəstəyi idmançılarımız üçün böyük motivasiya mənbəyidir"


"Qrup mərhələsini birinci pillədə başa vurduğumuz üçün sonrakı mərhələlərdə güclü rəqiblərlə qarşılaşdıq. Oyunlarımız çətin keçdi. Buna baxmayaraq, futbolçularımız yarışa yüksək səviyyədə hazırlaşmışdılar. Təlim-məşq toplanışları və fiziki hazırlıq prosesi istədiyimiz səviyyədə idi".

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının vitse-prezidenti Taleh Nəsibov millinin Slovakiyada təşkil edilən Avropa çempionatının qalibi olması ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma zamanı jurnalistlərə açıqlamasında deyib.

O, sözlərinə belə davam edib:

"Biz son dünya çempionuyuq və bu amil futbolçuların məsuliyyətini daha da artırırdı. Dünya çempionatından sonra da hazırlıq prosesinə çox ciddi yanaşdıq və bunun bəhrəsini Avropa çempionluğunu qazanmaqla gördük.

Slovakiyada yaşayan və Avropanın müxtəlif şəhərlərindən gələrək bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Onların dəstəyi futbolçular üçün böyük motivasiya mənbəyi oldu. Komandamız hər oyuna yalnız qələbə məqsədilə çıxırdı. Nəticədə ikiqat Avropa və birqat dünya çempionu kimi vətənə qayıtdıq".

T.Nəsibov Prezident İlham Əliyevə Azərbaycan idmanına və idmançılara göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü ifadə edib: "Dövlətimizin başçısı tərəfindən komandamız üçün bir milyon manat məbləğində mükafatın ayrılması bizi qürurlandırdı. Prezident hər bir uğurumuzdan sonra bizi qəbul edir, öz dəstəyini əsirgəmir. Bu diqqət və qayğı futbolçular üçün hər zaman böyük motivasiya rolunu oynayır".

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
BƏƏ Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər