"44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü
Far.Az xəbər saytı

"44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü


Ölkə kinoteatrlarında nümayiş olunan "44" bədii filmi ilk gündən böyük tamaşaçı marağı ilə qarşılanıb və qısa müddətdə rekord izləyici sayı qeydə alınıb.

BAKU.WS xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov "Instagram" səhifəsində paylaşım edib.

Bildirilib ki, 15 gün ərzində "44" filmini 122 min tamaşaçı izləyib. Bunun Azərbaycan kino tarixində kinoteatr nümayişi üzrə rekord baxış olduğu vurğulanıb.

Qeyd edək ki, "44" filminin kinozallarda nümayişi anşlaqla keçir və izləyici marağı nəzərə alınaraq seansların sayı artırılıb. Seansların sayını yenə də artırmaq mümkün olacağı təqdirdə, filmin ümumi izləyici sayının daha yüksək olacağı proqnozlaşdırılır.

Oxşar xəbərlər

Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Arzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblər
"TAĞIYEV: MƏKTƏB" bədii filminin təqdimat mərasimi keçirildi
"Tağıyev: Neft" bədii filminin ABŞ-də təqdimatı baş tutub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər