"Qəbələ" yeni mövsüm öncəsi altı yoxlama oyunu keçirməyi planlaşdırıb
Far.Az xəbər saytı

"Qəbələ" yeni mövsüm öncəsi altı yoxlama oyunu keçirməyi planlaşdırıb


"Qəbələ" komandası təlim-məşq toplanışına iyulun 4-də başlayacaq.

Bu barədə "Far.Az"un sorğusuna cavab olaraq "qırmızı-qaralar"ın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli bildirib.

O, hazırlıq prosesinin Qəbələdə baş tutacağını söyləyib:

"Komanda toplanışın startından təxminən bir həftə sonra burada ilk yoxlama oyununu keçirəcək. Qəbələyə təlim-məşq toplanışına gələcək komandalardan biri ilə qarşılaşacağıq. Ümumilikdə 6 yoxlama matçı nəzərdə tutulub".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustda start veriləcək.

Oxşar xəbərlər

Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Bakıda milyonluq mənzillər və villalar hərraca çıxarılır - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər