Azərbaycan Milli Xalça Muzeyində "Təbii Zəka / NI - Natural Intelligence" sərgisi açılıb
Azərbaycan Milli Xalça Muzeyində "Təbii Zəka / NI - Natural Intelligence" adlı sərgi açılıb.
"Report"un məlumatına görə, sərgidə rəssamlar Ramil Aliev, Emin Mathers, Nərgiz Ramizqızı, Ramil Mammadli və Lenay Seidəli-zadənin incəsənət, elm və müasir texnologiyaları birləşdirən science art istiqamətində yaratdıqları instalyasiyalar, digital art, nano video art və performans əsərlər nümayiş olunur.
Açılışda çıxış edən muzeyin direktoru Əminə Məlikova bildirib ki, layihə texnoloji tərəqqinin, rəqəmsal mühitin və qlobal ekoloji dəyişikliklərin müasir insanın düşüncə tərzinə təsirini araşdırır. O qeyd edib ki, sərgi yaddaş, diqqət, qavrayış, insanın ətraf mühitlə qarşılıqlı münasibətləri, həmçinin rəqəmsallaşma dövründə fiziki reallıqdan və mədəni köklərdən tədricən uzaqlaşma mövzularını əhatə edir.
Azad Mirzəcanzadə İnkişaf Proqramının rəhbəri Leyla Seyidzadə isə öz çıxışında vurğulayıb ki, "Təbii intellekt" layihəsi Proqramın qalibi olan və həyata keçirilməsi üçün dəstək alan ilk art-layihədir, çünki sərgi "Science art" istiqamətində həyata keçirilir və elmi, sənəti və müasir texnologiyaları birləşdirir.
"Təbii Zəka / NI – Natural Intelligence" layihəsi texnoloji tərəqqinin, rəqəmsal mühitin və qlobal ekoloji dəyişikliklərin müasir insanın düşüncə tərzinə təsirini araşdırır. Ekspozisiyanın əsas mövzularını yaddaş, diqqət, qavrayış, insanın ətraf mühitlə əlaqəsi və rəqəmsallaşma dövründə fiziki reallıqdan və mədəni köklərdən tədricən uzaqlaşma prosesi təşkil edir.
Layihədə Azərbaycan xalçası yaddaşın, simvolların və mədəni kodların daşıyıcısı kimi xüsusi yer tutur. Müəlliflər bu qədim sənəti müasir sosial, texnoloji və ekoloji proseslər fonunda yenidən interpretasiya ediblər.
Elm və incəsənətin qarşılıqlı əlaqəsini ön plana çıxaran sərgi tamaşaçıları insanın təbiət, öz bədəni, texnologiyalar və mədəni irslə münasibətlərinin necə dəyişdiyi barədə düşünməyə dəvət edir.
Layihə Azad Mirzəcanzadə adına İnkişaf Proqramının qalibi olub və Atəş Hub platforması tərəfindən həyata keçirilir. Atəş Hub platformasının təsisçisi və mentoru Azərbaycanın Əməkdar rəssamı, kurator Sabina Şıxlinskaya, layihənin kuratoru Sofiya Frank, koordinatoru isə Aqnessa Tariverdiyevadır.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və "Yaradıcı Mərkəz"in dəstəyi ilə keçirilən sərgi iyunun 14-dək ziyarətçilər üçün açıq olacaq.
Oxşar xəbərlər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Milli Xalça Muzeyində "Yaddaşa həkk olunan təsvir" adlı fərdi sərgi açılıb
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KMBİ qanunsuz dövriyyəsi 10 milyon manat olan daha bir onlayn mərc şəbəkəsini ifşa etdi
-
Bakıda 3 küçədə yollar bağlanacaq - Təmir işlərinə görə
-
Sakinlər imdad dilədilər: "Ən pis yer-yurd buradır, səsimizi çatdırın"
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (10.08.2026)
-
Kolumbiyada 7,4 bal gücündə zəlzələ: 55 ölü var - DƏHŞƏTLİ KADRLAR
-
Çingiz Əlioğlu ilə vida mərasimi keçirilib













