Mikayıl Cabbarov: "Azərbaycan biznes və investisiya üçün etibarlı məkandır"
Azərbaycan biznes fəaliyyəti, tərəfdaşlıq və investisiya yatırımları üçün cəlbedici, etibarlı və hazır məkandır.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu"nda bildirib.
Nazir xarici şirkətləri və biznes assosiasiyalarını Azərbaycanın təqdim etdiyi imkanlarla daha yaxından tanış olmağa dəvət edib: "Azərbaycan İslam İnkişaf Bankı Qrupu, onun üzv ölkələri və özəl sektor nümayəndələri ilə əməkdaşlığı genişləndirməyə və mövcud imkanları uzunmüddətli tərəfdaşlıqlara çevirməyə hazırdır".
Nazir çıxışında xarici qonaqları bu ilin sentyabr ayının sonunda keçiriləcək Azərbaycan İnvestisiya Forumunda iştirak etməyə də çağırıb: "Xaricdən gələn qonaqlar üçün növbəti mühüm platforma bu ilin sentyabr ayının sonunda keçiriləcək Azərbaycan İnvestisiya Forumunun ikinci buraxılışı olacaq. Özəl Sektor Forumu-2026 yeni tərəfdaşlıqların qurulmasına, investisiyaların artmasına və davamlı rifahın təmin olunmasına töhfə verəcək".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













