Lerikdə dini təhlükəsizlik və ideoloji təhdidlər mövzusunda regional konfrans keçirilir
Lerikdə "Müasir dövrdə dini təhlükəsizlik və ideoloji təhdidlər" mövzusunda regional konfrans keçirilir.
"Far.Az"un Cənub bürosunun məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən konfransda Dövlət Komitəsi ilə Lerik Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatı, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak edirlər.
Konfransın məqsədi müasir dövrdə dini təhlükəsizliyin təmin olunması, dini radikalizm, ekstremizm və digər ideoloji təhdidlərə qarşı mübarizədə dövlət qurumları, hüquq-mühafizə orqanları, din xadimləri və ictimaiyyət nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsi, həmçinin cəmiyyətdə sağlam dini-mənəvi mühitin təşviq edilməsidir.
Konfransda dini sahədə mövcud çağırışların müzakirəsi, gənclərin zərərli ideologiyaların təsirindən qorunması, milli-mənəvi dəyərlərin təbliği, dini maarifləndirmə işinin effektivliyinin artırılması və dövlət-din münasibətlərinin inkişafı istiqamətində müzakirələr aparılacaq.
Oxşar xəbərlər
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
Milli dəyərlər və gənclərin gələcəyi mövzusunda tədbir keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Araz-Naxçıvan"ın prezidenti Ceyhun Sultanov: "8 turun nəticələrindən razı qalmaq mümkün deyil"
-
Qubada qaydaları pozan qazilər həbs edildilər
-
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
-
BDU-da Yer elmləri və ətraf mühit tədqiqatları Mərkəzi yaradılır
-
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir
-
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər













