Dövlət Gömrük Komitəsi media nümayəndələri üçün mediatur təşkil edib
İyunun 19-da Dövlət Gömrük Komitəsi tərəfindən media nümayəndələri üçün Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub.
Far.Az-in məlumatına görə, tədbirin məqsədi gömrük sistemində aparılan islahatlar, tətbiq olunan yeniliklər, rəqəmsallaşma və şəffaflığın artırılması istiqamətində görülən işlərlə bağlı media nümayəndələrini məlumatlandırmaq olub.
Brifinq zamanı aksizli malların idxalı, bəyan edilməsi, risklərin idarə olunması və gömrük rəsmiləşdirilməsi prosesləri barədə məlumat verilib. Bildirilib ki, 2026-cı ilin əvvəlindən bu günədək idarənin Əməliyyat və Təhqiqat Şöbəsi tərəfindən 1072 hüquqpozma faktı aşkarlanıb. Onlardan 4-ü cinayət, 1068-i isə inzibati xəta xarakterlidir.
Qeyd olunub ki, bu dövrdə markalanmamış siqaretlərin qanunsuz dövriyyəsi və bəyan edilməmiş 308,30 karat brilyant qaşların aşkarlanması ilə bağlı faktlar qeydə alınıb. Hüquqpozmalar üzrə fiziki şəxslərə ümumilikdə 97 min manatdan çox cərimə tətbiq edilib.
Tədbirdə elektron gömrük bəyannamələrinin emalı, nəqliyyat vasitələrinin texniki yoxlanışı və yük rəsmiləşdirilməsi prosesləri barədə də məlumat verilib. Media nümayəndələri gömrük əməliyyatlarını yerində izləyib, həmçinin Dövlət Gömrük Komitəsinin tətbiq etdiyi "Rəqəmsal Gömrük Dəyəri Sistemi" layihəsi ilə tanış olublar.
Sonda jurnalistlərin sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar
Azərbaycan gömrükçüləri "Uşaq oyuncaqları" yükündən bəyan olunmayan mallar aşkarladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tahir Rzayev: "Balıqçılıq və akvakultura sektoru Azərbaycanın ixrac potensialının artırılmasında mühüm rol oynayır"
-
"Axios": Livan və İsrail Romada qapalı müzakirə keçirəcək
-
Zelenski: Yaxın günlərdə Ukrayna ABŞ-dən zenit raketləri alacaq
-
Süni intellekt üçün internet Bakcelldən
-
"Qarabağ" Kamilo Duranla vidalaşdı
-
Paytaxt sakininə 26 min manat cərimə yazılıb? - "Hakim də sübut istədi, məhkəməyə gəlmədilər"













