Azərbaycanda "Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi" yaradılır
Far.Az xəbər saytı

Azərbaycanda "Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi" yaradılır


Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində büdcə təşkilatı qismində "Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi" yaradılır.

"Far.Az" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Fərmanla müəyyən edilir ki, Mərkəz meşəçilik sahəsində təlimlərin təşkili və keçirilməsi, meşə bitkilərinin toxum gen bankının yaradılması və idarə edilməsi, toxum nümunələrinin qorunub saxlanılması, habelə meşə bitkiləri tinglərinin yetişdirilməsi ilə məşğul olan büdcə təşkilatıdır.

Nazirlər Kabineti iki ay müddətində Mərkəzin işçilərinin say həddini və vəzifə maaşlarını təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməli, Mərkəzin maddi-texniki təminatı ilə bağlı tədbirlər görülməsini təmin etməlidir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mərkəzin nizamnaməsini və Azərbaycan Maliyyə Nazirliyi ilə razılaşdırmaqla strukturunu iki ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməlidir.

Maliyyə Nazirliyi isə Mərkəzin fəaliyyətinin maliyyələşdirilməsini dövlət büdcəsinin vəsaiti hesabına təmin etmlidir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər