Sənətlərini ölümlərindən əvvəlki əsərləri ilə əbədiləşdirən məşhurlar
Bəzi sənətçilər son əsərləri ilə pərəstişkarlarına sanki əvvəlcədən vida ediblər. Musiqi tarixində elə məşhurlar var ki, ölümündən az əvvəl təqdim etdikləri albom, konsert və ya kliplər sonradan simvolik məna qazanıb.
BAKU.WS xəbər verir ki, bu siyahıda ilk yerlərdən birini britaniyalı musiqiçi Devid Boui tutur. O, ölümündən cəmi iki gün əvvəl yayımlanan Blackstar albomu və "Lazarus" mahnısı ilə diqqət çəkmişdi. Klipdəki ölümə işarə edən səhnələr sonradan sənətçinin pərəstişkarları tərəfindən vida mesajı kimi qiymətləndirilib.
Kanadalı müğənni və şair Leonard Koen də ölümündən bir neçə həftə əvvəl təqdim etdiyi You Want It Darker albomunda həyat, ölüm və Tanrı ilə bağlı düşüncələrini bölüşmüşdü. Sənətçi albomun çıxışından qısa müddət sonra vəfat edib.
Əfsanəvi rok ifaçısı Ozzi Osborn isə səhhətində ciddi problemlər olmasına baxmayaraq, 2025-ci ildə keçirilən vida konsertində səhnəyə çıxaraq pərəstişkarları ilə son dəfə görüşmüşdü. O, bir neçə həftə sonra dünyasını dəyişib.
Yapon bəstəkar Ryuiçi Sakamoto da ömrünün son dövründə son konsertini lentə aldırıb və "Opus" filmi ilə yaradıcılıq yolunu yekunlaşdırıb. Bəstəkar xərçəng xəstəliyindən vəfat etməzdən əvvəl son albomunu da təqdim etmişdi.
Məqalədə həmçinin bu il helikopter qəzasında həyatını itirdiyi bildirilən amerikalı müğənni Oliver Tri haqqında da bəhs olunur. Onun ölümündən əvvəl yayımladığı klip və bəzi paylaşımları sosial şəbəkələrdə müxtəlif fərziyyələrin yaranmasına səbəb olub. Lakin hadisənin rəsmi olaraq qəza nəticəsində baş verdiyi bildirilib.
Bu sənətçilərin son yaradıcılıq işləri illər keçsə də, həm musiqi tarixində, həm də pərəstişkarlarının yaddaşında xüsusi yer tutmağa davam edir.
Qalereya
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bakıda "Qərbi azərbaycanlıların milli geyim irsi" albom-kitabın təqdimatı keçirilib
Xocalı Soyqırımı Memorialı: Tarixi yaddaşımızı əbədiləşdirən yeni məkan - FOTOREPORTAJ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Beynəlxalq Gənclər Günüdür
-
Şəkidə sel fəsadlara səbəb olub
-
Gəncədə yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb
-
Türkiyə ilə Liviya arasında hərbi məsləhətləşmələr aparılıb
-
Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş İNSİDENTİN GÖRÜNTÜLƏRİ
-
UEFA Superkubokunun qalibi müəyyənləşib













