Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
Far.Az xəbər saytı

Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"


Yeni Zelandiya millisi dünya çempionatının G qrupunun II turunda Misirlə matçın ilk hissəsində çox yaxşı oynayıb.

"Report" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Darren Beyzli matçdan sonra açıqlama verib.

Mütəxəssis 1:3 hesabı ilə uduzduqları qarşılaşma haqqında fikirlərini bölüşüb:

"Bu, məyusedici nəticədir. İlk hissədə çox yaxşı oynadıq. Topa sahib olduq və çoxlu qol şansları yaratdıq. İkinci yarıda da yaxşı oynayacağımızı düşündük. Amma tempə uyğunlaşa bilmədik. Rəqib tempi artırdı və ilk hissədə etdiklərimizi təkrarlaya bilmədik. Nəticədə məyus olduq. Tarix yazmağın bir addımlığındayıq. Bilirik ki, növbəti görüşdə Belçikanı məğlub etməliyik".

Xatırladaq ki, ABŞ, Meksika və Kanada təşkil olunacaq DÇ-2026 iyulun 19-da başa çatacaq.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
DÇ-2026: Misir Yeni Zelandiya üzərində əzmkar qələbə qazanıb - YENİLƏNİB-6
DÇ-2026: Misir 92 il sonra mundialda ilk qələbəsini qazanıb - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər