DÇ-2026: Misir 92 il sonra mundialda ilk qələbəsini qazanıb - YENİLƏNİB-6
Futbol üzrə dünya çempionatında Misir Yeni Zelandiya millisinə qalib gəlib.
"Far.Az"un məlumatına görə, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında afrikalılar 3:1 hesablı qələbəyə seviniblər.
Hesabı Yeni Zelandiya yığmasından Finn Serman (15) açıb. İkinci hissədə geri dönüş edən misirlilər Mustafa Ziko (58), Məhəmməd Salah (67) və Trezeqenin (83) qolları ilə 3 xalı qazanıblar.
Bu, Misir seçməsinin mundiallarda ilk qələbəsi kimi tarixə düşüb. Komanda ilk dəfə 1934-cü il dünya çempionatında iştirak edib və həmin vaxtdan bu yana heç vaxt qələbəsi olmayıb.
Qeyd edək ki, DÇ-2026-da G qrupunun digər matçında Belçika İranla qolsuz (0:0) bərabərə qalıb.
Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyununda dördüncü qol vurulub.
"Far.Az"un məlumatına görə, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında afrikalılar hesabdakı üstünlüklərini möhkəmləndiriblər - 3:1.
83-cü dəqiqədə Trezeqe diqqət mərkəzinə düşüb.
Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyununda üçüncü qol vurulub.
"Far.Az"un məlumatına görə, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında afrikalılar hesabda önə keçiblər - 2:1.
67-ci dəqiqədə Məhəmməd Salah rəqib komandanın torunu silkələyib.
Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyununda ikinci qol vurulub.
"Far.Az"un məlumatına görə, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında afrikalılar hesabı bərabərləşdiriblər - 1:1.
58-ci dəqiqədə Mustafa Ziko başla dəqiq oynayıb.
Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyununda ikinci hissə başlayıb.
"Far.Az"un məlumatına görə, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında Yeni Zelandiya hesabda öndədir - 1:0.
15-ci dəqiqədə Finn Serman başla dəqiq oynayıb.
Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyununda ilk hissə bitib.
"Far.Az"un məlumatına görə, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında Yeni Zelandiya hesabda öndədir - 1:0.
15-ci dəqiqədə Finn Serman başla dəqiq oynayıb.
Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyununda ilk qol səsi eşidilib.
"Far.Az"un məlumatına görə, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında Yeni Zelandiya hesabı açıb - 1:0.
15-ci dəqiqədə Finn Serman başla dəqiq oynayıb.
Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyunu başlayıb.
"Far.Az"un məlumatına görə, G qrupunun II turunun matçı "BC Place" stadionunda keçirilir.
Qarşılaşmanı Birləşmiş Ərəb Əmirliklərindən olan FIFA referisi Ömər Məhəmməd Əl-Əli idarə edir.
Oxşar xəbərlər
DÇ-2026: Misir Yeni Zelandiya üzərində əzmkar qələbə qazanıb - YENİLƏNİB-6
DÇ-2026: Məhəmməd Salah Misiri Yeni Zelandiya önündə hesabda irəli çıxarıb - YENİLƏNİR-4
DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib - YENİLƏNİB-11
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şuşa Qlobal Forumunun mesajı budur ki, həqiqət, dialoq, etimad davamlı sülhün əsas şərtləridir
-
ABŞ-də "Zərrab işi"ndə FİNAL - Doqquz il sonra...
-
Hikmət Hacıyev: Süni intellekt artıq reallığa çevrilib
-
Kiyev son bir həftədə Rusiyaya gündə 850 dəfəyə qədər zərbə endirib
-
Hörmüzdə gərginlik artır: İran tankerlər və ABŞ bazalarını vurdu
-
Beynəlxalq dil sertifikatları tanınmır? - DİM-dən açıqlama













