İordaniya Nümayəndələr Palatasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib
İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadi ölkəmizə rəsmi səfəri çərçivəsində iyunun 22-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Far.Az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, İordaniya Nümayəndələr Palatası sədrinin başçılıq etdiyi parlament nümayəndə heyəti, həmçinin Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə əklil qoyub, Vətən müharibəsində həlak olanların xatirəsini ehtiramla anıb. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.
Qalereya
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib
DİN-in hərbi qulluqçuları və polis əməkdaşları Zəfər parkını ziyarət ediblər
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb
-
Azərbaycan Premyer Liqası: III turda bu gün daha iki qarşılaşma baş tutacaq
-
Tibetdə sel nəticəsində 16 nəfər həlak olub, 500-dən çox şəxs itkin düşüb
-
"Çelsi" Argentina millisinin qapıçısı Emiliano Martinesin transferini açıqlayıb
-
Nepal və Çində daşqınlar nəticəsində ölənlərin sayı 760 nəfəri keçib – YENİLƏNİB
-
Filippində musson yağışları və qasırğalar 32 insanın ölümünə səbəb olub













