"Sabah" klubunun rəsmisi: "FIBA Avropa Kuboku yerli basketbolçularımıza böyük təcrübə qazandırır"
FIBA Avropa Kuboku kimi turnirlər yerli oyunçularımıza böyük təcrübə qazandırır. Bu isə növbəti illərdə bəhrəsini verəcək.
Bunu "Far.Az"a açıqlamasında "Sabah" basketbol klubunun icraçı direktoru İlqar İsrafilov deyib.
O, paytaxt təmsilçisinin FIBA Avropa Kubokunda keçirdiyi son 3 oyun barədə danışıb:
"Uduzduğumuz matçların əksəriyyətində hesabda öndə olsaq da, sonda qələbəni əldən vermişik. Sona 1 dəqiqə qalmış üstünlüyü qoruyub saxlaya bilmədik. Sadəcə, rəqiblərlə müqayisədə bizim rotasiya imkanlarımızın məhdud olması sonda təsirini göstərir. Legionerlərimiz rotasiyaya görə meydanda daha çox vaxt keçirməli olurlar. FIBA-nın reqlamentinə əsasən, 12 oyunçudan 7-si legioner, 5-i isə yerli olmalıdır. Səmimi desək, rəqib komandaların yerli basketbolçuları bizim basketbolçulardan bir qədər üstündür. Lakin məhz bu cür turnirlər yerli oyunçularımıza böyük təcrübə qazandırır. Bu isə növbəti illərdə bəhrəsini verəcək".
İ.İsrafilov komandadakı itkilərin oyunlara təsir göstərdiyini bildirib:
"Kapitanımız Endər Poladxanlı və ən çox xal toplayan basketbolçumuz DeAndrenin zədə səbəbindən son görüşlərdə iştirak etməməsi komandanın çıxışına mənfi təsir göstərdi. Bir qədər bəxtsizlik oldu. İstənilən halda, biz artıq bu səviyyədə oyunlara öyrəşməliyik. Qrupda yer alan rəqiblərimiz yüz il tarixi, ənənəsi olan komandalardır. "Marussi" Yunanıstan liqasında çıxış edir. Belçika və İsveç komandaları isə Avropada ortabablardan sayılırlar. Rəqiblərimizlə müqayisədə biz cəmi iki ildir bu səviyyədə oyunlara çıxırıq. Keçirdiyimiz bütün matçlarda komandamız meydanda son saniyəyə kimi mübarizə aparıb. Bunu hesablara baxarkən də görmək olar. "Sabah" növbəti 3 qarşılaşmada da meydançaya qələbə qazanmaq üçün çıxacaq".
Qeyd edək ki, "Sabah" FIBA Avropa Kubokunun G qrupunda "Spiru"ya (Belçika) səfərdə 81:82, "Marussi"yə (Yunanıstan) doğma meydanda 70:82 hesabı ilə məğlub olub. Komanda son olaraq Bakıda İsveçin "Norrçepinq Dolfins" klubuna 70:74 hesabı ilə uduzub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Samir Əliyev: “U-21-in baş məşqçi postundan ayrılmaqla bağlı qərarımı son iki oyundan əvvəl vermişdim” - MÜSAHİBƏ
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Mançester Yunayted" ÇL-nin gələn mövsümünə vəsiqə qazanıb
-
"Bakı Marafonu 2026" başlayıb
-
Mayami Qran-prisinin startı pis hava şəraitinə görə başqa vaxta keçirilib
-
"Bakı Marafonu 2026"nın qalibləri müəyyənləşib
-
Tailandda helikopter qəzası olub, xəsarət alanlar var
-
Paşinyan İrəvanda ATƏT-in baş katibi ilə görüşüb













