Mərdəkanda uşaqlar yük avtomobillərini daşa basıblar
Far.Az xəbər saytı

Mərdəkanda uşaqlar yük avtomobillərini daşa basıblar


Mərdəkan yolunda bir neçə uşaq daşla yük avtomobillərinin şüşələrini sındırıblar.

BAKU.WS xəbər verir ki, bununla bağlı Oxu.az-a həmin yük avtomobillərinin sürücüləri məlumat veriblər.

Onlar deyiblər ki, axşam saatlarında bir neçə uşaq yoldan keçən yük avtomobillərinə daş atır.

Bu cür hallarla tez-tez rastlaşdıqlarını deyən sürücülər onu da bildiriblər ki, həmin atılan daşlar idarə etdikləri nəqliyyat vasitələrinin şüşələrinə və güzgülərinə dəyib, sındırıb.

Bu hadisə səbəbindən həm ziyana düşdüklərini, həmçinin qəza şəraiti yarandığını qeyd ediblər.

BAKU.WS-in məlumatına görə, polis tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
ABŞ-nin Bakıdakı səfirliyi avtomobillərini satışa çıxarıb
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Daş Salnamə Muzeyində "Suyun sirri" pantomim tamaşası təqdim olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər