DSMF BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülüb
Son illər ölkəmizdə aparılan uğurlu sosial islahatlara BMT tərəfindən də yüksək qiymət verilməsinin əyani təsdiqi olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) "Heç kəsi geridə qoymamaq naminə inklüziv və ədalətli xidmətlərin göstərilməsi" kateqoriyası üzrə "Hamı üçün inklüziv və bərabər sosial təminat xidmətləri" təşəbbüsünə görə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülüb.
Bu barədə "Report"a ƏƏSMN-dən məlumat verilib.
BMT-yə 63 ölkədən təqdim olunmuş 700 təşəbbüs arasından DSMF və digər ölkələrdən 7 müvafiq dövlət qurumu bu mükafatla təltif edilib.
İyunun 23-25-də Gürcüstanın Tbilisi şəhərində keçirilən, 100-ə yaxın ölkədən 420 nümayəndənin iştirak etdiyi BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində təşkil olunan təltifetmə mərasimində mükafat DSMF-nin İdarə Heyətinin sədri Zəka Mirzəyevə təqdim olunub.
Fond sosial təminat sahəsində son illər həyata keçirdiyi innovativ islahatlara, xüsusilə sosial ödənişlərin proaktiv qaydada təyin olunmasına, rəqəmsal texnologiyalar əsasında qurulmuş vətəndaşyönümlü xidmət modelinə, sosial xidmətlərin əlçatanlığının, operativliyinin, şəffaflığının və inklüzivliyinin artırılması istiqamətində əldə etdiyi mühüm uğurlara görə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülüb.
BMT-nin rəsmi bəyanatına görə, onun Dövlət Xidməti Mükafatı ("UN PSA") dövlət xidmətləri sahəsində mükəmməlliyin tanınmasıdır. Bu mükafatla dünyanın müxtəlif ölkələrində daha səmərəli və çevik dövlət idarəçiliyinin formalaşmasına töhfə verən dövlət qurumlarının yaradıcı nailiyyətləri və fəaliyyət nəticələri təltif edilir.
Qeyd edək ki, Forumun "Heç kəsi geridə qoymamaq üçün inteqrasiya olunmuş xidmət göstərmə sistemləri" mövzusunda keçirilən panel iclasında da Azərbaycanda son illər sosial sığorta və sosial təminat sahəsində aparılan islahatların uğurları, bu sahədə tətbiq olunan innovativ yeniliklər barədə ətraflı məlumat verilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Turan Tovuz" Rahil Məmmədovu transfer edib
-
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
-
"Kalyari" Daniel Maldinini icarəyə götürüb
-
Əli Nikzad: Hücum zamanı ABŞ-yə kömək edənlər raket hədəfinə çevriləcək
-
Tehranda sənaye obyektində yanğın baş verib, ölən və yaralananlar var
-
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib













