Yorqos Donis: "Dünya çempionatındakı yolumuz futbolçular üçün yaxşı təcrübə oldu"
Far.Az xəbər saytı

Yorqos Donis: "Dünya çempionatındakı yolumuz futbolçular üçün yaxşı təcrübə oldu"


Səudiyyə Ərəbistanı millisinin dünya çempionatındakı yolu onlar üçün yaxşı təcrübə olub.

"Far.Az" xarici mediaya istinadən xəbər verir ki, bunu adıçəkilən yığmanın baş məşqçisi Yorqos Donis Kabo Verdeyə qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis komandasının qol vəziyyətləri yaratmaqda problemlər yaşadığını bildirib:

"Hücumlar qurmaqda çox zəif çıxış etdik. Belə oyunla qələbə qazanmaq mümkün deyil. Bu gün ən böyük problemimiz qol vəziyyətləri yarada bilməməyimiz idi. Hücum xəttimiz istədiyimiz səviyyədə oynamadı.

"Bu, istədiyimiz nəticə deyildi. Özümüzə yaxın səviyyədə olan rəqibə qarşı bu cür çıxış narahatlıq doğurur. Bununla belə, dünya çempionatındakı yolumuz futbolçular üçün yaxşı təcrübə oldu və onlara təşəkkür edirəm".

Qeyd edək ki, Kabo Verde - Səudiyyə Ərəbistanı görüşündə hesab açılmayıb - 0:0.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Kabo Verde DÇ-2026-da ardıcıl ikinci xalını qazanıb
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər