"İçərişəhər" stansiyasında "Zəfər arzuları" sosial aksiya təşkil edilib
Far.Az xəbər saytı

"İçərişəhər" stansiyasında "Zəfər arzuları" sosial aksiya təşkil edilib


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi noyabrın 5-də "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi ilə metronun "İçərişəhər" stansiyasında şanlı Qələbəyə həsr olunmuş "Zəfər arzuları" adlı sosial aksiya təşkil edib.

Bu barədə "Far.Az"a dövlət komitəsindən məlumat verilib.

Bildirilib ki, aksiya iştirakçılarına kiçik ölçülü standart kağız parçalarına ürək sözlərini yazıb, mərkəzdə quraşdırılmış iri lövhədəki yumruq təsvirinin üzərinə yapışdırmaq təklif olunub.

Sosial aksiyanın keçirilməsində məqsəd Zəfərin qazanılmasında mühüm amillərdən olan birliyi və həmrəyliyi bir daha nümayiş etdirmək, xalqa qürur və qələbə sevinci yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qəhrəman Azərbaycan Ordusuna, müharibə veteranlarına minnətdarlığı çatdırmaq, şəhidlərin ruhuna ehtiramı bildirməkdir.

Aksiyada ziyalılar, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimai fəallar, turistlər və vətəndaşlar iştirak ediblər.

Oxşar xəbərlər

Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər