Taremi: "FIFA və ABŞ rəsmiləri İranın turnirdən kənarlaşdırılmasını istəyirlər"
İran futbol yığmasının forvardı Misirlə oyundan sonra Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasını (FIFA) kəskin şəkildə qınayıb.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Məlumata görə, Mehdi Taremi Misirlə qarşılaşmadan sonra FIFA və Canni İnfantinonu tənqid edərək bunları deyib:
"Dünya çempionatının əvvəlindən bu turnirdə qarşılaşdığımız şərtlərdən şikayətçiyik. Bu, sözün əsl mənasında, bərbad bir dünya çempionatıdır, əsl fəlakətdir.
Belə bir turnirdə oynayan peşəkar futbolçular kimi bu şərtlər altında mübarizə aparmaq doğru və ədalətli deyil. Əgər FIFA-ya görə bu vəziyyət ədalətlidirsə, onda bu onların biləcəyi işdir, amma bizə görə qətiyyən ədalətli deyil. Bizə kim kömək etmək istəyir? Heç kim, heç kim kömək etmir! Bu problemi bizim üçün kim həll edəcək? Kim? FIFA? Bilmirəm! ABŞ? Bilmirəm! Mənə sadəcə tək bir ad deyin".
Qarşılaşmanın ilk hissəsində penalti zərbəsindən yararlana bilməyən İran millisinin hücumçusu belə deyib: "FIFA prezidenti Canni İnfantino Yeni Zelandiya ilə ilk matçdan sonra soyunub-geyinmə otağımıza gələrək bütün problemləri həll edəcəklərini söylədi, ancaq reallıqda FIFA heç nə etmədi".
Taremi "FIFA və amerikalı rəsmilər də daxil olmaqla dünya çempionatının təşkilatçılarının İranı turnirdən kənarlaşdırmağa çalışdıqlarını hiss edirsinizmi?" sualına isə cavabında deyib:
"Burada hər şeylə mübarizə aparmalıyıq. İnsanlar bunu istəyir, ya istəmir bilmirəm, amma öz nöqteyi-nəzərimizdən baxsaq, bəli, onların bunu istədiyini düşünürəm".
DÇ-2026-dakı 12 qrupun ən yaxşı səkkiz qrup üçüncüsündən biri kimi 1/16 finala qalmaq şanslarından danışan İran millisinin hücumçusu açıqlamalarını bu sözlərlə tamamlayıb:
"Üzgünəm, amma hələ də ümidimiz var. Hər zaman əlimizdən gələni edirik. Xalqımız üçün oynayırıq. Onların xoşbəxt olmasını istəyirik, çünki onlara sevinc yaşatmağı hədəfləyirik. İran xalqına, İrandan kənardakı insanlara, FIFA-ya və hər kəsə bir sülh mesajı göndərmək istəyirik. Lakin başqaları bizim üçün belə bir şeyi istəmir".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb













