Dələduzluğa görə həbs edilən 74 yaşlı qadının FOTOSU
Far.Az xəbər saytı

Dələduzluğa görə həbs edilən 74 yaşlı qadının FOTOSU


Bakıda dələduzluqda təqsirli bilinərək həbs olunan 74 yaşlı Qədəm Tarverdiyevanın fotosu yayılıb.

Far.Az xəbər verir ki, şəkili Lent.az saytı paylaşıb.

Onun yeri hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilib və keçirilən axtarış tədbirləri nəticəsində iki gün əvvəl saxlanılıb.

Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, 74 yaşlı Qədəm Tarvediyeva başqasının evindən oğurluq edib torpağını qanunsuz zəbt etməkdə təqsirləndirilir. O, Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində açılan cinayət işi üzrə keçirilən prosesdə iştirak etməyib.

Buna görə də hakim Fərid Namazovun sədrliyi ilə keçirilən məhkəmə tərkibi Qədəm Tarverdiyevanın axtarışa verilməsini, barəsində olan qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını və Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi barədə qərar verib.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər