Tomas Tuxel: "Panamaya qarşı bu qədər qol imkanı yaradan yeganə komanda biz olduq"
Far.Az xəbər saytı

Tomas Tuxel: "Panamaya qarşı bu qədər qol imkanı yaradan yeganə komanda biz olduq"


İngiltərə yığması Panama ilə görüşdə çoxsaylı qol vəziyyətləri yaradıb.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi Tomas Tuxel Panamaya qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis qələbə qazandıqları oyunu şərh edib:

"Etməli olduğumuz işi yerinə yetirdik. Çətin rəqibə qarşı gözlədiyimiz kimi oyun keçdi. Panamaya qarşı bu qədər qol imkanı yaradan yeganə komanda biz olduq. Hər kəs üzərinə düşən vəzifəni yerinə yetirdi və Cud Bellinqem də bu baxımdan komandaya böyük töhfə verdi".

O, komandanın performansını yüksəldəcəyini söyləyib:

"Seçdiyimiz aqressiv oyun üslubunun uğurlu alınması üçün çoxsaylı detalları düzgün yerinə yetirmək lazımdır. Amma indi turnir yenidən başlayır – qarşıda pley-off mərhələsi var. Gücümüzü və enerjimizi toplayacaq, indiyədək etdiklərimizin üzərinə yenisini əlavə edəcəyik. Daha da güclənəcəyik. Oyunların əhəmiyyəti artdıqca bizim də performansımız daha yüksək olacaq".

Qeyd edək ki, İngiltərə Panama millisini 2:0 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər