Lionel Skaloni: "Artıq növbəti oyun barədə düşünürük"
Far.Az xəbər saytı

Lionel Skaloni: "Artıq növbəti oyun barədə düşünürük"


Argentina millisi dünya çempionatında növbəti oyun barədə düşünür.

"Far.Az" xarici mediaya istinadən xəbər verir ki, bunu Cənubi Amerika təmsilçisinin baş məşqçisi Lionel Skaloni İordaniya yığmasına qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis qələbə qazandıqları oyuna şərh verib:

"Hər matçda olduğu kimi bu dəfə də qələbə qazanmaq sevindiricidir. Artıq növbəti görüşü düşünürük və qalib gəlmək barədə düşünürük. Lionel Messi ilə danışdım və hər ikimiz bu gün onun ikinci hissədə oyuna daxil olmasının ən doğru seçim olduğu qənaətinə gəldik. Bu da onun komandamız üçün nə qədər böyük dəyərə və təsir gücünə malik olduğunu bir daha göstərir".

Qeyd edək ki, Argentina İordaniya millisini 3:1 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
Azərbaycanın çövkən millisi Bakıdakı dünya çempionatında finala vəsiqə qazanıb
"UFC Fight Night Baku": Gecənin ikinci əsas döyüşündə Maqomedov Pereyranı məğlub edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər