ICF-nin gələnilki qitə çempionatlarına ev sahibliyi edəcək ölkələr müəyyənləşib
Far.Az xəbər saytı

ICF-nin gələnilki qitə çempionatlarına ev sahibliyi edəcək ölkələr müəyyənləşib


Misirin Marsa Alam şəhərində Beynəlxalq Çövkən Federasiyasının (ICF) təşkilatçılığı ilə ICF-nin 4-cü assambleyası keçirilib.

Federasiyadan "Report"a verilən məlumata görə, 58 ölkənin iştirakı ilə baş tutan assambleyada beynəlxalq çövkən idmanının gələcək inkişafı, 2027-ci il kontinental çempionatlarının təşkili, regional qrupların fəaliyyəti, federasiyanın üzvlük məsələləri və idman qaydalarına dəyişikliklər müzakirə olunub.

Assambleya çərçivəsində 2027-ci ildə keçiriləcək kontinental çempionatların ev sahibi ölkələri müəyyən edilib. Belə ki, Avropa çempionatının Böyük Britaniyada, Asiya çempionatının Qazaxıstanda, Afrika çempionatının Mərakeşdə, Cənubi Amerika çempionatının isə Çilidə keçirilməsi qərara alınıb.

Küveytin təşəbbüsü ilə Körfəz ölkələri Regional Qrupunun yaradılması məsələsi səsverməyə çıxarılıb və iştirakçıların səs çoxluğu ilə təsdiqlənib. Səsvermə nəticəsində Küveytdən olan nümayəndə regional qrupun rəhbəri seçilib. Bununla yanaşı, Asiya və Avropa regional qruplarının rəhbərləri də səsvermə yolu ilə yenidən müəyyənləşdirilib. Yeni seçilmiş rəhbərlərin səlahiyyət müddəti 2029-cu ilədək qüvvədə olacaq.

İclasda çövkən idmanının qaydalarına da dəyişikliklər edilib. Xüsusilə qırmızı kart və penalti tətbiqi ilə bağlı qaydalar müzakirə olunaraq yenilənib.

Tədbir zamanı "Netflix" platformasında yayımlanacaq "Horses and Human" adlı filmin qısa treyleri təqdim edilib. Filmin 2027-ci ilin martında "Netflix"də yayımlanması nəzərdə tutulur.

Assambleyanın mühüm qərarlarından biri də federasiyaya yeni üzvlərinin qəbul edilməsi olub. Səsvermə nəticəsində Bəhreyn, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri və İran Beynəlxalq Çövkən Federasiyasının yeni üzvləri kimi təsdiqlənib.

Bundan əlavə, üzv ölkələrin digər təklifləri də nəzərdən keçirilib, müzakirələr aparılıb və beynəlxalq çövkən idmanının inkişafına dair müxtəlif məsələlər diqqətə alınıb.

Assambleyanın proqramına uyğun olaraq, 7 noyabr 2026-cı ildə iştirakçı ölkələrin nümayəndələrinin iştirakı ilə yoldaşlıq çövkən oyununun keçirilməsi planlaşdırılır.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər