Cesse Marş: "İndi bizim futbolçular Kanada qəhrəmanlarıdırlar"
Far.Az xəbər saytı

Cesse Marş: "İndi bizim futbolçular Kanada qəhrəmanlarıdırlar"


Kanada millisinin futbolçuları ölkələrinin qəhrəmanlarıdırlar.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Şimali Amerika təmsilçisinin baş məşqçisi Cesse Marş DÇ-2026-nın 1/16 final mərhələsində Cənubi Afrika Respublikasına (CAR) qarşı keçirilən oyundan sonra deyib.

Mütəxəssis qələbəyə görə hədsiz sevincli olduqlarını bildirib:

"Futbolçularla söhbətdə həmişə danışırdıq ki, planımıza sadiq qalmalıyıq, kim olduğumuzu unutmamalı, cəsarətli və aqressiv futbol oynamalı, keyfiyyətimizi ortaya qoymalı və xarakterimizi göstərməliyik. İndi bizim futbolçular Kanada qəhrəmanlarıdırlar. Onlar bu ölkədə gələcəkdə futbol oynayacaq uşaqlar üçün nümunədirlər. Futbolçularımın göstərdiyi oyunla fəxr edirəm. Oyunçuların hər biri final fitinə qədər mübarizə apardılar və bir an belə olsun geri çəkilmədilər".

Qeyd edək ki, CAR seçməsinə 1:0 hesabı ilə qalib gələn Kanada 1/8 finala yüksəlib.

Oxşar xəbərlər

Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
"FIFA Series – 2026": Azərbaycan millisinin Sent Lüsiya yığması ilə oyundan əvvəl açıq məşqi təşkil olunub
Azərbaycanın çövkən yığması III MDB Oyunlarında finala yüksəlib
"Qarabağ" futbolçuları İtaliyaya yola düşüblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər