Bakıda sürücülərə XƏBƏRDARLIQ - Bu yoldan keçmək təhlükəlidir
Far.Az xəbər saytı

Bakıda sürücülərə XƏBƏRDARLIQ - Bu yoldan keçmək təhlükəlidir


Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində yolun bərbad vəziyyətdə olması sürücülərə problem yaradır.

Bu barədə avtomobilin sürücüsü Nigar Hüseynova Far.Az-in "qaynar xətti"nə məlumat verib.

Onun sözlərinə görə, hadisə Yeni Azərbaycan Partiyasının qarşısında, Almas İldırım küçəsində baş verib. Yolda yaranmış çuxura düşən avtomobilin təkəri partlayıb.

Sürücü qeyd edib ki, ərazidə yolun vəziyyəti ilə bağlı problem təkcə onunla məhdudlaşmır. Yerli sakinlər də bildirirlər ki, həmin ərazidə oxşar hadisələr tez-tez baş verir.

Sakinlər aidiyyəti qurumlardan yolun təmir olunmasını və problemin aradan qaldırılmasını istəyirlər.

Oxşar xəbərlər

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Mühacir şair Almas İldırımın vəfatından 74 il ötür
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bərbad vəziyyətə düşən yollardan ŞİKAYƏT

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər