Aktotı Raimkulova: Birinci Türkoloji Qurultayın 100 illiyi Türk dövlətlərini ortaq tarix ətrafında birləşdirir
Birinci Türkoloji Qurultayın 100 illiyi Türk dövlətlərini ortaq tarix ətrafında birləşdirir.
"Far.Az" xəbər verir ki, bunu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk dünyası bir ailə kimi: ortaq məqsədlər naminə beynəlxalq türk əməkdaşlıq təşkilatlarının fəaliyyətləri" adlı plenar iclasda deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin imzaladığı "Birinci Türkoloji Qurultayın 100 illiyinin keçirilməsi haqqında" Sərəncam qurultayın tarixi əhəmiyyətinə və onun irsinin yaşadılmasına verilən yüksək dövlət dəstəyinin göstəricisidir:
"Bu diqqət və yüksək siyasi dəstək onu göstərir ki, Birinci Türkoloji Qurultay bu gün də Türk dövlətləri və xalqlarını ortaq tarix, dil və mədəniyyət ətrafında birləşdirən mühüm irsdir".
A.Raimkulova bildirib ki, "Türk dünyası bir ailə kimi" ifadəsi bu gün sadəcə metafora deyil, reallıqdır:
"Biz 100 il sonra yenidən Bakıda toplaşmışıq. Bir əsr əvvəl olduğu kimi, bu gün də Türk dünyasının alimləri, rəsmiləri, tədqiqatçıları, ziyalıları və digərləriortaq gələcəyimizi müzakirə etmək üçün bir araya gəliblər. Bu, yüz il əvvəl Bakıda yaranmış birlik və əməkdaşlıq ruhunun bu gün də yaşadığını göstərir".
Fond prezidenti vurğulayıb ki, Türk dünyasının gələcəyi yalnız iqtisadi və siyasi əlaqələrə deyil, həm də ortaq mədəni dəyərlərə əsaslanır:
"Buna görə də humanitar əməkdaşlıq türk inteqrasiyasında mühüm yer tutur. Türk Mədəniyyəti və İrsi Fondu da bu prosesə öz töhfəsini verir. Fondun əsas məqsədi türk xalqlarının zəngin mədəni irsini qorumaq, öyrənmək, tanıtmaq və gələcək nəsillərə ötürməkdir. İnanırıq ki, ortaq keçmişimizi daha yaxşı tanıdıqca, ortaq gələcəyimizi daha möhkəm qura bilərik".
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib













