Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
Far.Az xəbər saytı

Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq


Araz çayı üzərində yerləşən Bəhrəmtəpə hidroqovşağında yaranmış qəza vəziyyətinin aradan qaldırılması üçün təmir işlərinə başlanılması nəzərdə tutulur.

"Far.Az"un Muğan bürosunun məlumatına görə, təmir tədbirləri ilə əlaqədar cari ilin dekabrın 1-dən İmişli rayonu ərazisində fəaliyyət göstərən suvarma kanallarının əksəriyyətinə suyun verilməsi müvəqqəti dayandırılacaq.

İşlərin təxminən iki ay ərzində tamamlanacağı gözlənilir.

Qeyd edək ki, 1958-ci ildən fəaliyyət göstərən Bəhrəmtəpə hidroqovşağı Mil-Muğan düzünün suvarma infrastrukturunun əsas hissələrindən biridir. Araz çayı üzərində yerləşən qurğu İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad və digər rayonların kənd təsərrüfatı sahələrinin su ilə təmin olunmasında mühüm əhəmiyyət daşıyır.

Saniyədə 2 700 kubmetr suötürmə gücünə malik hidroqovşaq yüz minlərlə hektar əkin sahəsinin suvarılmasını təmin edir.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər