Tokayev: Qazaxıstan Gürcüstanı strateji tərəfdaş kimi qiymətləndirir
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze Astanada məhdud tərkibdə danışıqlar aparıblar.
"Far.Az"un Qazaxıstan bürosunun Akordaya istinadən verdiyi məlumata görə, görüş Kobaxidzenin Qazaxıstana rəsmi səfəri çərçivəsində baş tutub.
Tokayev bildirib ki, Qazaxıstan Gürcüstanı strateji cəhətdən vacib və ənənəvi tərəfdaş hesab edir. O qeyd edib ki, ölkələr iqtisadi, humanitar və digər sahələrdə sıx əlaqələrə malikdir.
Dövlət başçısı qeyd edib ki, Qazaxıstan və Gürcüstan arasında ikitərəfli əməkdaşlığa yeni təkan vermək üçün hələ də istifadə olunmamış geniş imkanlar mövcuddur.
Kobaxidze Gürcüstanın Qazaxıstanla münasibətlərə xüsusi əhəmiyyət verdiyini bildirib. O vurğulayıb ki, tərəflər möhkəm siyasi və iqtisadi əlaqələri, həmçinin təhsil və mədəniyyət sahələrində qarşılıqlı fəaliyyəti dəstəkləyirlər.
Gürcüstanın Baş naziri qeyd edib ki, səfər zamanı tərəflər strateji tərəfdaşlıq haqqında Birgə bəyanat imzalayacaqlar. Onun sözlərinə görə, bu sənəd ikitərəfli əməkdaşlığa yeni təkan verəcək.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













