Azərbaycanın sumo millisi Bakıda keçiriləcək dünya çempionatına məxfilik rejimində hazırlaşır
Bakıda keçiriləcək sumo üzrə dünya çempionatı ərəfəsində Azərbaycan millisinin heyəti ilə bağlı məxfilik rejimi tətbiq olunur.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının baş katibi Elşad Kərimov bildirib.
Onun sözlərinə görə, bunun səbəbi rəqiblər üzərində taktiki üstünlüyün qorunmasıdır:
"Bununla bağlı məlumatı hələ ki verə bilmirik. Çünki rəqib üzərində taktiki üstünlüyün qorunması məqsədilə idmançıların hazırlığı, texniki arsenalı, taktiki xüsusiyyətləri və məşq prosesi ilə bağlı hazırda məxfilik rejimi tətbiq olunur. Komandamız dünya çempionatına ciddi şəkildə hazırlaşır. Yarışın başlamasına az qalmış heyət ictimaiyyətə açıqlanacaq".
Qeyd edək ki, sumo üzrə dünya çempionatı bu il oktyabrın 17-18-də Bakı İdman Sarayında keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Birinci xanım Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Gənclər və İdman Nazirliyi 2025-ci ilin ən yaxşılarını açıqlayıb - YENİLƏNİB
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dərnəgül istiqamətində gedənlərin DİQQƏTİNƏ: Təhlükə var
-
"Everton" və "Kristal Pelas" klubları futbolçu mübadiləsi həyata keçiriblər
-
Göygöldə 64 yaşlı kişi çaya yıxılaraq ölüb
-
"Neftçi" klub tarixinin ən bahalı satışını edir
-
ABŞ hərbçiləri Oman körfəzində yük gəmisini vurub
-
Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu













