Cey Di Vens ABŞ-İran danışıqlarında irəliləyiş olduğunu bildirib - Əlavə olunub
Far.Az xəbər saytı

Cey Di Vens ABŞ-İran danışıqlarında irəliləyiş olduğunu bildirib - Əlavə olunub


ABŞ-nin Vitse-prezidenti Cey Di Vens bildirib ki, Vaşinqton və Tehran münaqişənin nizamlanması üzrə məsləhətləşmələr zamanı müəyyən irəliləyiş əldə ediblər.

"Report" "Breaking the News" nəşrinə istinadən xəbər verir ki, o bu barədə Vaşinqton yaxınlığındakı "Endryus" hərbi bazasında jurnalistlərə bildirib.

"İran tərəfi ilə bir sıra yaxşı məsləhətləşmələrimiz olub. Təxminən bir saat əvvəl mən bu məsələni ABŞ Prezidenti Donald Trampla müzakirə etdim. Biz, şübhəsiz ki, müəyyən irəliləyiş əldə etmişik. Görək daha çoxuna nail ola biləcəyikmi", - Vens deyib.

Onun sözlərinə görə, Amerika administrasiyası münaqişənin diplomatik yolla həlli imkanına dair nikbinliyini qoruyub saxlayır.

"Həm prezident, həm də mən danışıqlar yolu ilə həll perspektivlərini kifayət qədər nikbin qiymətləndiririk. Biz bunun üzərində işləməyə davam edəcəyik", - vitse-prezident vurğulayıb.

Bununla yanaşı, Vens qeyd edib ki, Tramp gələcəkdə İrana zərbələrin bərpa edilməsi, eləcə də İslam Respublikasına qarşı digər tədbirlərin görülməsini istisna etmir.

Bundan əlavə, vitse-prezident bildirib ki, Vaşinqton Tehranla razılaşma əldə etmək üçün son müddət müəyyən etməyib:

"Biz heç bir zaman çərçivəsi müəyyən etməmişik. Nə istədiyimizi açıq şəkildə bəyan etmişik, onların nüvə proqramının məhv edilməsini istəyirik. Əmin olmaq istəyirik ki, onlar onu bərpa etməyəcək və bərpa etməyə cəhd göstərməyəcəklər. Birləşmiş Ştatları ən çox narahat edən də budur".

Oxşar xəbərlər

Cey Di Vens ABŞ-İran danışıqlarında irəliləyiş olduğunu bildirib
İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Sumqayıt şəhərini Saray körpüsü ilə birləşdirən yolla bağlı son vəziyyət
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər