Balaheydər Kərimov: "Dünya Kubokuna təyinat almağım Azərbaycan triatlonunun inkişafının göstəricisidir"
Triatlon hakimi Balaheydər Kərimovun ilk dəfə Dünya Kubokuna təyinat alması Azərbaycan triatlonunun beynəlxalq arenada inkişafının göstəricisidir.
Bu barədə "Far.Az"a B.Kərimov açıqlama verib.
O, Macarıstanın Tisauyvaroş şəhərində baş tutan yarışda iştirakı ilə bağlı fikirlərini bölüşüb:
"Triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı kimi tarixə düşmək mənim üçün böyük qürur və məsuliyyətdir. Bu, təkcə şəxsi uğurum deyil, eyni zamanda Azərbaycan triatlonunun beynəlxalq arenada inkişafının göstəricisidir. Dünya səviyyəli turnirdə hakim kimi fəaliyyət göstərmək mənə dəyərli təcrübə qazandırdı, müxtəlif ölkələrdən olan peşəkar hakimlərlə birlikdə işləmək isə bilik və bacarığımı daha da artırdı".
O, növbəti planlarından bəhs edib:
"Qarşıdakı dövrdə də ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etmək və təcrübəmi daha da zənginləşdirmək üçün əlimdən gələni edəcəyəm. Bu il əsas hədəflərimdən biri İsveçrədə keçiriləcək triatlon üzrə universitetlərarası dünya çempionatında hakim kimi fəaliyyət göstərməkdir".
Xatırladaq ki, Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı kimi tarixə düşüb.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna start verilib
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Fərid Qayıbov son 2 ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib













