Gürcüstan dövlət xidmətlərinin göstərilməsində yeni formatlar tətbiq edir
Far.Az xəbər saytı

Gürcüstan dövlət xidmətlərinin göstərilməsində yeni formatlar tətbiq edir


Gürcüstan dövlət və özəl xidmətləri əhali üçün daha əlçatan etmək məqsədilə rəqəmsal platformaları və mobil xidmət mərkəzlərini inkişaf etdirir.

"Far.Az" xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə nazirinin müavini Lana Morqoşiya Bakıda keçirilən BMT-nin İdarəetmə sahəsində İnnovasiyalar Sammitində bildirib.

Onun sözlərinə görə, vətəndaşlara xidmət sistemi çərçivəsində Gürcüstanda 600-dən çox dövlət və özəl xidmət əlçatandır, 400-dən çox xidməti isə vahid hökumət onlayn portalı vasitəsilə əldə etmək mümkündür.

L.Morqoşiya qeyd edib ki, xidmət ofislərinə getməkdə və ya internetdən istifadə etməkdə çətinlik çəkən ucqar kənd və dağlıq rayonların sakinləri üçün mobil dövlət xidmətləri mərkəzləri fəaliyyət göstərir.

"Səmərəli idarəetmə yalnız yeni həllərin tətbiqindən ibarət deyil. Mövcud maneələri aşkar etmək, dövlət institutlarını vətəndaşların ehtiyaclarına uyğunlaşdırmaq və heç kimin diqqətdən kənarda qalmamasına nəzarət etmək vacibdir", - Morqoşiya vurğulayıb.

O həmçinin bildirib ki, mobil xidmət mərkəzləri təşəbbüsü Dövlət idarəçiliyi sahəsində Avropa mükafatı çərçivəsində "Good Practice" sertifikatı alıb.

Nazir müavininin sözlərinə görə, islahatların səmərəliliyi tətbiq edilən texnologiyaların və ya həyata keçirilən dəyişikliklərin sayı ilə deyil, onların insanların həyatını nə dərəcədə yaxşılaşdırması ilə qiymətləndirilməlidir.

Oxşar xəbərlər

İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
HONOR flaqmanı əlçatan edir: 200 MP kamera və "AI Şəkildən Videoya" funksiyasına sahib 600 seriyası
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər