Vəfat edən aktrisaya qarşı BÖYÜK HÖRMƏTSİZLİK: Onu bələdiyyə işçiləri dəfn etdi
Far.Az xəbər saytı

Vəfat edən aktrisaya qarşı BÖYÜK HÖRMƏTSİZLİK: Onu bələdiyyə işçiləri dəfn etdi


"Yeşilçam"ın məşhur aktrisalarındam olan Kamuran İnselelə qarşı böyük hörmətsizlik edilib.

Far.Az xəbər verir ki, vəfat edən aktrisa üçün heç bir anma mərasimi təşkil olunmayıb.

Vəfat etdiyi gün heç bir yaxını və ya sənət dostu gözlənilmədən, aktyor bələdiyyə işçiləri tərəfindən çox sadə bir şəkildə torpağa tapşırılıb.

Onun bu şəkildə dəfn edilməsi sosial mediada və sənət çevrələrində böyük təəssüf hissi ilə qarşılanıb.

Vəfat edən aktrisaya qarşı BÖYÜK HÖRMƏTSİZLİK: Onu bələdiyyə işçiləri dəfn etdi

Qeyd edək ki, uzun müddətdir Alanya Alaaddin Keykubat Universiteti Təhsil və Araşdırma Xəstəxanasında müalicə alan aktrisa 88 yaşında vəfat edib.

1938-ci ildə Eskişehirdə dünyaya göz açan Kamuran İnselel, kinoda, teatrda və televiziyada müxtəlif obrazlara həyat verib.

O "Teyzem" (1986), "Sefiller"(1987), "Devrim Gecesi" (1987), "Yapayalnız" (1988), "Zirvenin Bedeli" (1989), "Memleket Meselesi" (2010) kimi ekran işlərində çəkilib.

Oxşar xəbərlər

40 yaşında parkda donaraq ölən "Yeşilçam" aktyorunun təsirli HƏYAT HEKAYƏSİ
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Televiziyada nəyə baxırıq? - Proqramların janr bölgüsü açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər