Azercell ahılların rəqəmsal təhlükəsizlik və şəxsi inkişaf bacarıqlarının gücləndirilməsinə dəstək olub
"Azercell Telekom" MMC korporativ sosial məsuliyyət strategiyası çərçivəsində cəmiyyətin müxtəlif qruplarının inkişafına yönəlmiş təşəbbüslərini davam etdirir.
Bu dəfə şirkət "Üçüncü Bahar" İctimai Birliyinin üzvləri və əməkdaşları üçün xüsusi təlim proqramı təşkil edib.
Layihənin əsas məqsədi ahıl insanların sosial fəallığının artırılması, dəyişən dövrün tələblərinə uyğun bilik və bacarıqlar əldə etmələrinin təşviqi olub. Təşəbbüs eyni zamanda onların gündəlik həyat və ictimai fəaliyyətlərində istifadə edə biləcəkləri praktiki bacarıqların inkişafına dəstək göstərib.
Azercell Akademiyasının peşəkar təlimçiləri tərəfindən keçirilən sessiyalar effektiv ünsiyyət və informasiya təhlükəsizliyi mövzularını əhatə edib. İnteraktiv formatda təşkil olunan təlimlər iştirakçılara həm nəzəri biliklər qazanmağa, həm də praktiki bacarıqlarını inkişaf etdirməyə imkan yaradıb.
Eyni zamanda, "Üçüncü Bahar" İB-nin əməkdaşlarının peşəkar bacarıqlarının inkişafı məqsədilə onlar üçün emosional intellekt və biznes etiketi mövzularında sessiyalar keçirilib.
Qeyd edək ki, "Üçüncü Bahar" İctimai Birliyi ahıl insanların aktiv və sağlam həyat tərzinin təşviqi, sosial inteqrasiyasının gücləndirilməsi, eləcə də onların bilik və bacarıqlarının inkişafına yönəlmiş fəaliyyət həyata keçirən qeyri-hökumət təşkilatıdır.
Azercell cəmiyyətin müxtəlif yaş və sosial qruplarının inkişafına yönəlmiş layihələr vasitəsilə inklüziv inkişafın təşviqinə və insanların müasir dövrün çağırışlarına uyğun bacarıqlar əldə etməsinə töhfə verməyə davam edəcək.
Qalereya
Oxşar xəbərlər
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
"Global Media Group" Media Akademiyasının təlim proqramına start verilib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qaradağ rayonunda vulkan püskürüb
-
Qaradağda vulkan püskürüb
-
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
-
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
-
Kəngərlidə avtomobil aşıb, bir nəfər ölüb
-
Prezident: "Xəzər dənizində "yaşıl enerji" ilə bağlı 160 giqavatlıq potensialımız var"













