Azərbaycan Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir
Far.Az xəbər saytı

Azərbaycan Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir


BMT Baş Assambleyasının 81-ci sessiyasının beşinci günündə Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bir sıra yüksək səviyyəli tədbirlərdə iştirak edib və çıxışlar edib.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkəsində məlumat yayıb.

Qeyd olunub ki, diplomat, həmçinin ikitərəfli görüşlər keçirib.

Yalçın Rəfiyev Sivilizasiyalar Alyansı Dostlar Qrupunun yüksək səviyyəli iclasında çıxış edərək Azərbaycanın "Bakı Prosesi"ndə və Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumunda qabaqcıl rolunu vurğulayıb. O, Azərbaycanın 2027-ci ildə Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətində olduğunu açıqlayıb.

Azərbaycanın xarici işlər nazirinin müavini Qüds məsələsi üzrə Birgə Ərəb-İslam Nazirlər Görüşündə də iştirak edib. O, beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, paytaxtı Əl-Qüds Əş-Şərif olmaqla Fələstin Dövlətinin yaradılmasını nəzərdə tutan iki dövlətli həllə Azərbaycanın qəti dəstəyini bir daha ifadə edib.

Yalçın Rəfiyev, həmçinin Qvineya-Bisau Respublikasının xarici işlər naziri Fatumata Jau və Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər