Naxçıvanda Orta İxtisas Polis Məktəbində "Polis Günü" və buraxılış mərasimi keçirilib
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində 2 İyul – Azərbaycan Polisi Günü və 2025–2026-cı tədris ilinin buraxılışına həsr olunmuş mərasim keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, mərasimdə çıxış edənlər Azərbaycan polisinin şərəfli xidmət yolundan, hüquq-mühafizə orqanlarının cəmiyyətin təhlükəsizliyinin təmin olunmasındakı mühüm rolundan bəhs ediblər.
Tədbirdə bildirilib ki, Orta İxtisas Polis Məktəbi daxili işlər orqanları üçün peşəkar və vətənpərvər kadrların hazırlanmasına mühüm töhfə verir. Məzunlara xidmətdə qanunun aliliyini rəhbər tutmaq, dövlətə və xalqa sədaqətlə xidmət etmək tövsiyə olunub.
Sonra təhsildə fərqlənən kursantlara fəxri fərman və hədiyyələr təqdim edilib, məzunlara diplomlar verilib.
Mərasim kursantların təntənəli keçidi və xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatıb.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib













