Dünya çempionatının qalibi kim olacaq? - Şanslar dəyişdi
Britaniyanın "Opta" analitik şirkətinin superkompüteri 1/8 final mərhələsi ərəfəsində Fransa millisinin 2026-cı il futbol üzrə dünya çempionatında qələbə qazanma şanslarını yenidən qiymətləndirərək artırıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat dərc olunub.
Hazırda fransızların turnirdə çempionluq ehtimalı 28.89% olaraq qiymətləndirilir. Qrup mərhələsi başa çatdıqdan sonra bu rəqəm 18.66% təşkil etsə də, Fransa elə o zaman da yekun qələbənin əsas iddiaçısı hesab olunurdu.
Liderlərin ilk üçlüyündə Argentina (16.32%) və İspaniya (12.96%) yığmaları da yer alırlar. Qeyd edək ki, 1/16 finaldan sonra argentinalıların şansları bir qədər də artıb (əvvəl 16.26% idi), ispanların titula yiyələnmə ehtimalı isə azalıb (13.47%).
Ehtimal edilən qaliblərin onluğuna, həmçinin Braziliya (9.11%), İngiltərə (8.14%), Portuqaliya (5%), Kolumbiya (3.38%), Mərakeş (3.21%), Norveç (2.86%) və Meksika (2.68%) milliləri daxil ediliblər.
Xatırladaq ki, 1/8 final oyunları iyulun 4-dən 7-dək keçiriləcək. Bu mərhələnin ilk görüşü şənbə günü Kanada və Mərakeş yığmaları arasında baş tutacaq. Qarşılaşmanın Bakı vaxtı ilə saat 21:00-da başlaması planlaşdırılır.
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da yekunlaşacaq. Qeyd edək ki, turnirin son qalibi və hazırkı çempionu Argentina millisidir.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib













